Türkiyə milli komandasının heyətindən 3 gənc futbolçu çıxarılıb.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Futboil Federasiyası xəbər yayıb.

Bildirilib ki, 2018 dünya çempionatının seçmə mərhələsində Xorvatiya ilə oyun öncəsi 27 nəfərlik heyətdən 3 futbolçu - Salih Uçan, Cengiz Ünder ve İrfan Can Kahveci çıxarılıblar: "Onlar sentyabrın 6-da U21 Avropa çempionatı çərçivəsində Belarusla oynayacaq 21 yaşlılardan ibarət milli komandanın heyətinə daxil ediliblər".

Xatırladaq ki, Türkiyə milli komandası da sentyabrın 6-da Xorvatiya ilə oynayacaq. 

Mia.az