UEFA futzal üzrə azərbaycanlı FİFA referisi Yusif Nurullayevə yeni təyinat verib.
Mia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Y.Nurullayev UEFA kubokunun ilkin təsnifat mərhələsinin C qrupunda keçiriləcək oyunlarda iştirak edəcək. Qrupda Almaniyanın "Hamburg Panthers", Uelsin "Kardiff Universiteti", Norveçin "Sandefjord Fotball" və Moldovanın "Klassik Kişinau" komandaları mübarizə aparacaq.
Qeyd edək ki, oyunlar 18-21 avqustda Moldovada keçiriləcək.