Azərbaycanı Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Uşangi Kokauri ilk görüşünü keçirib.


100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən cüdoçumuz 1/16 final mərhələsində latviyalı Artur Nikiforenkonu məğlub edib. Kokauri rəqibinə ipponla qalib gəlib. 


Qeyd edək ki, 1/8 finalda onun rəqibi yaponiyalı Hisayoşi Haraşava olacaq.