Qazaxıstanı təmsil edən azərbaycanlı atlet Nicat Rəhimov Rio Olimpiadasında təkanla qaldırma hərəkətində dünya rekordunu yeniləyərək 1-ci yer tutub.

Mia.az APA-ya istinadən xəbər verir ki, N. Rəhimov 77 kq çəki dərəcəsində olimpiya çempionu olub.
Toplamda 379 kq nəticə göstərən Nicat Rəhimov çinli Lyuy Syaozsunu və Misir atleti Məhəmməd Mahmudu geridə qoyub.

Qeyd edək ki, N.Rəhimov təkanla qaldırma hərəkətində rusiyalı Oleq Perepeçenovun 2001-ci ildə vurduğu rekordu yeniləyib. Nicat Rəhimov 2014-cü ildən etibarən Qazaxıstan yığmasında çıxış edir.