Bu günlərdə daha iki internet saytı fəaliyyətə başlayıb. Saytların rəhbəri İntiqam Valehoğlunun Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, Spormiks.azersayt.com adlanan səhifədə idman xəbərləri, xüsusən də futbolla bağlı ən son məlumatlar, yeniliklər yerləşdirilir. Modarx.azersayt.com isə digər saytlar kimi müxtəlif mövzuda olan xəbərlərə, təhlillərə yer ayırır: ?Hələ ki, texniki imkanlarımız məhdud olduğundan saytlarımızı ən yüksək standartlarla təqdim edə bilməmmişik. Amma yaxın gələcəkdə səhifələrimizin özünü doğruldacağı təqdirdə, birinci dərəcəli domentvə hostinq də alınacaq. Bir şeyi də diqqətinizə çatdırım ki, oxucularımız da bütün mövzularda maraqlı yazılarını bizə göndərə bilərlər?.