Mirzə Sakitə Almaniyada 2 otaqlı mənzil verilib
Almaniyada yaşayan satirik yazar, ?Azadlıq? qəzetinin əməkdaşı Mirzə Sakitə Hamburq şəhərində iki oraqlı ev verilib. Bu barədə jurnalistin özü məlumat verib: ?Müalicəm davam edir, tezliklə alman dili kursuna da getməyi planlayıram. Səhhətim çox yaxşıdır. Azərbaycanda olanda yuxusuzluqdan əziyyət çəkirdim, burda çox yaxşı yatıram?.
Martın 11-dən Almaniyada olan satirik yazarı bu ölkəyə Hamburq Siyasi Məhbusların Müdafiəsi Cəmiyyəti dəvət edib. O, bir il Hamburq şəhərində yaşayacaq.
Satirik martın 18-də prezidentin əfv fərmanı ilə həbsdən çıxmış qardaşı, ?Azadlıq? qəzetinin baş redaktoru Qənimət Zahidlə görüşəcəyini deyib: ?May ayında Qənimətin Almaniyaya səfəri gözlənir. Hamburqda Gerd Buserius adına ?Şərqi Avropada azad mətbuat? mükafatının təqdimat mərasimi olacaq. Qənimət mükafata layiq görülmüş köşə yazarı Şahvələd Çobanoğlu və ANTV-online internet televiziyasının nümayəndəsi ilə birlikdə gəlməyi planlaşdırır?.
2006-cı il iyunun 23-də həbs edilən, qeyri-qanuni narkotik maddə saxlamaqda ittiham olunaraq 3 il iş alan M.Sakit Milli Məclisin 2009-cu il martın 17-də qəbul etdiyi amnistiya aktına əsasən, həmin il aprelin 9-da cəzasının çəkilməmiş hissəsindən azad olunub.
Mediaforum
DİGƏR XƏBƏRLƏR
2026-04-06 18:04
2026-04-03 12:28
2026-04-02 10:00
2026-04-01 10:12
2026-03-31 17:28
2026-03-31 15:04