Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin oyunları çərçivəsində Azərbaycan təmsilçisi "Qəbələ” Fransada "Lill”in qonağı olub.

Mia.az xəbər verir ki, oyunda hesabı komandamız açıb. Müdafiəçimiz Vernidub 12-ci dəqiqədə hesabı açıb. Fransızlar Mendesin qolu ilə 46-cı dəqiqədə hesaba tarazlıq gətirib. Bundan sonra oyunda qol olmayıb – 1:1.

Beləliklə, komandamız Bakıya sərfəli nəticə ilə dönüb.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 4-ü keçiriləcək.

Oyundakı qollarla buradan tanış ola bilərsiniz: