Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyununda Azərbaycan çempionu "Qarabağ" Çexiyada "Viktoriya"nın qonağı olub.

Mia.az xəbər verir ki, "pley-off"a vəsiqə qazanmağa çalışan komandamız səfərdən sərfəli nəticə ilə dönüb.

Rəqib komandanın oyunçusu Baranek 75-ci dəqiqədə ikinci sarı kart alaraq, meydandan qovulsa da, "Qarabağ" 15 dəqiqə azlıqda oynayan "Viktoriya"nı cəzalandıra bilməyib – 0:0.

Xatırladaq ki, bu komandalar arasında cavab görüşü avqustun 2-də Bakıda keçiriləcək.