"Qalatasaray” azarkeşləri keçmiş futbolçu Hakan Şükürün klubla əlaqəsinin kəsilməsini istəyib.

Qalatasaraylılar Dərnəyinin sədri Sıtqı Qorxmaz klubun konqres üzvlərindən olan Hakan Şükürlə bütün əlaqələri kəsmək istədiklərini bildirib.

O, Fətullah Gülənin yaxın adamı olan Hakan Şükürün "Qalatasaray” adı daşımasının klub üçün ləkə olduğunu deyib və veteran futbolçunun klubdakı üzvlükdən çıxarılmasını tələb edib.

"Qalatasaray” klubu, hələ ki, sözügedən məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.

Axar.az