APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Mirzəyeva Günel Əlipaşa qızının hamiləliyinin 22-ci həftəsində qəflətən halı pisləşib və onu təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə aparıblar. Ana bətnindəki 5 aylıq uşağın ölmüş olduğu məlum olub və süni yolla doğuş edərək uşağı götürüblər. Həkimlərin səyinə baxmayaraq ananın da həyatını xilas etmək mümkün olmayıb. Dünyasını dəyişən Günel Mirzəyeva 3 ildir ki, ailəli idi və ilk övladını dünyaya gətirəcəkdi.
Daha bir ana doğuş zamanı öldü - Ağsuda
Ağsu rayonunda hamilə qadın dünyasını dəyişib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:42
2026-04-07 17:26
2026-04-07 13:14
2026-04-07 12:52
2026-04-07 12:25
2026-04-07 12:09