"Avro-2016”da 1/4 finalında daha bir erkən final sayılan oyununda Almaniya və İtaliya milliləri üz-üzə gəliblər.
Mia.az xəbər verir ki, oyunda hesabı Almaniyanın türk əslili oyunçusu Məsut Özil 65-ci dəqiqədə hesabı açıb. Lakin 78-ci dəqiqədə italyanlar penalti zərbəsi əldə ediblər. Topa yaxınlaşan Bonuccinin zərbəsi dəqiq olub - 1:1.
Oyuna əlavə edilmiş 30 dəqiqəlik vaxtda da hesab dəyişməyib - 1:1.
Oyunun taleyi penaltilərə həll olunub. İtalyanlardan 2-ci penalti vurmaq hüququ qazanan Zazanın zərbəsi dəqiq olmayıb. Bundan sonra Almaniyanın qolçusu Müllerin də zərbəsini Buffon dəf edib.
Məsut Özilin zərbəsi isə dirəkdən dönüb. Bununla da italyanlar fürsət yaxalayıb. Ancaq 4-cü penaltini də italyanlar vura bilməyərək bu fürsətdən yararlana bilməyib. İtalyan oyunçunun zərbəsi yandan keçib. Bundan sonra almanlar hesaba tarazlıq gətirib - 2:2.
5-ci həlledici zərbədə isə italyanlardan Belluccinin zərbəsini alman qapıçı Noyer qaytarıb. Almanlardan Şvaynştager qələbə qopunu vura bilməyib. Onun zərbəsi qapı tirinin üzərindən keçib - 2:2.
Hakimin əlavə etdiyi penaltidə isə italyanlar və almanlar dəqiq oynayıblar - 3:3.
7-ci penalti seriyasında Parola italiyanı yenə önə çıxarıb. Almaniyalı Hektorun topu da dəqiq olub - 4:4.
8-ci penaltillər seriyasında italiyanlar irəli çıxsa da, almanlardan Buatenq də dəqiq oynayıb - 5:5
9-cu penaltilər seriyasında isə italiyanlı oyunçunun zərbəsi dəqiq olmayıb. Almaniyalı oyunçu bu dəfə dəqiq olub və nəhayət, 1/2 finala vəsiqə qazanan qələbə qolu vurub - 6:5.
Onu da qeyd edək ki, Almaniya yarımfinalda Fransa - İslaniya cütünün qalibi ilə qarşılaşacaq.