Bu gün "Avro-2016"nın 1/8 finalında iki oyun keçirilib.

Mia.az xəbər verir ki, bu gün meydana ilk olaraq ev sahibi Fransa  ilə İrlandiya çıxıb. Oyunun ilk dəqiqəsindən irlandlar penaltidən hesabı açsalar da, fransızlar əzmkar oyunu ilə qələbə qazanaraq 1/4 finala adlarını yazdırıblar - 2:1.

Günün digər qarşılaşması isə Almaniya - Slovakiya milliləri arasında baş tutub. Gözlənildiyi kimi, almanlar inamlı oyunla böyükhesablı qələbə qazanaraq, 1/4 finala çıxıblar - 3:0.

Onu da qeyd edək ki, saat 23.00-da Belçika ilə Macarıstan milliləri meydana çıxıblar. Belçikalılar 4-0 hesabı ilə rəqibini darmadağın ediblər..

Günün yuxarıda adıçəkilən iki qarşılaşmadakı qol epizodlarını da təqdim edirik: