Bu gün "Avro-2016"da 1/8 final mərhələsinin növbəti oyunu - Britaniya derbisində Uels və Şimali İrlandiya yığmaları üz-üzə gəlib.
Mia.az xəbər verir ki, oyunda hesabı irlandlar açıblar. Ancaq qolu Makaulin 75-ci dəqiqədə öz qapısına vurub. Bu qol oyunda yeganə olub və Uelsi 1/4 finala yüksəlib - 1:0.
Günün ən maraqla gözlənilən görüşü Xorvatiya və Portuqaliya arasında keçiriləcək. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək.