Bu gün daha iki qarşılaşma ilə "Avro-2016”nın qrup mərhələsinin oyunlarına yekun vurulub.
Mia.az xəbər verir ki, E qrupunda İtaliya millisi İrlandiyanı sınağa çəkib və 0-1 məğlub olmaqla, Türkiyə millisinin də ən yaxşı 3-cü komanda kimi 1/8-ə çıxmaq şansının üzərindən xətt çəkib.
Belə ki, qrupun digər oyununda İsveç Belçikaya 0-1 məğlub olduğundan türklərin əla şansı yaranmışdı. Lakin italyanların 85-ci dəqiqədə qol buraxması Türkiyə millilərinin ümidini puç etdi.