Bu gün "Avro-2016”nın F qrupunda üçüncü turun oyunları keçirilib.

Mia.az xəbər verir ki, İslandiya millisi Avtriyanı 2-1 hesabı ilə udaraq adını 1/8 finala yazdırıb. Bununla İslandiya tarixində ilk dəfə mərhələ adlamış olub.

Qrupun digər oyununda "Avro-2016”nın sürpriz komandalarından olan Macarıstan millisi isə Portuqaliya ilə üz-üzə gəlib. Oyun bərabərə bitib - 3-3.

Bu bərabərlik Portuqaliyanı qrup ikincisi kimi növbəti mərhələyə şıxarıb. Macarlar isə qrup llideri kimi 1/8 finaldadır.

Onu da qeyd edək ki, bu qrupda Portuqaliyanın 1 xal qazanması Türkiyə millilərinin də durumuna ciddi təsir edib. Əgər Portuqaliya millisi uduzsaydı, o zaman türklər 1/8-ə çıxacaqdılar. İndisə Türkiyənin E qrupunda bu gecə oynanan oyunlardan aslıdır. Əgər İsveçlə İrlandiya məğlub olarlarsa, o zaman Terimin komandası finala çıxacaq. 

Mia.az