Bu gün E qrupunda keçiriləcək iki oyunla 1/8 finalçılar bəlli olacaq.

Keçirdiyi hər iki görüşdə qalib gələn İtaliya millisi İrlandiyanı sınağa çəkəcək. Qrupu  lider kimi başa vurmaq üçün Antonio  Kontenin komandasına 1 xal da kifayətdir. İrlandiyalılar isə qələbə sayəsində dörd ən yaxşı 3-cü kimi qrupdan çıxa bilər(Qol.az).

Mia.az onu da bildirir ki, İtaliyanın qələbə qazanması Türkiyə millisi üçün çox vacibdir. Belə ki, İrlandların böyükhesablı məğlubiyytəti digər qruplardakı durmdan aslı olaraq, türklərin 1/8-ə çıxmasını böyük ölçüdə təmin edəcək. Bunun üçün Portuqlaiya və İsveçin də bu gecə sərfəli xal itirmələrinə ehtiyac var.

Digər görüşdə isə İsveç və Belçika milliləri üz-üzə gələcək. Skandinaviyalıları yalnız qələbə qane edirsə, belçikalılara bir xal da kifayət edir.

E qrupu

23:00. İtaliya - İrlandiya

Baş hakim: Ovidiu Hateqan 

Yan xətt hakimləri: Oktavian Șovre, Sebastian George

Əlavə köməkçi hakimlər: Aleksandru Tudor, Sebastian Kolţesku (hamısı Rumıniya)

Lill. "Pyerr Morua” stadionu

23:00. İsveç - Belçika

Baş hakim: Feliks Brix

Yan xətt hakimləri: Mark Borş, Stefan Lupp

Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)

Nitsa. Şəhər stadionu