Bu gün "Avro-2016”nın B qrupunda son turun oyunları baş tutub.
Mia.az xəbər verir ki, Rusiya milliləri Uelslə qarşılaşıblar. Qonşu ölkənin yığması "Avro-2016"da mübarizəni davam etdirmək üçün hökmən qələbə qazanmalı olduğu halda, Uels rusları darmadağın edib. - 0:3.
Qolları 11-ci dəqiqədə Aaron Remzi, 20-ci dəqiqədə Neil Taylor və 67-ci dəqiqədə Uelsin "Real Madrid"li ulduzu Qaret Beyl vurublar. Bu qələbə sayəsində Uels qrup lideri kimi adını 1/8-ə yazdırıb.
Çünki bu oyuna qədər qrup lideir olan İngiltərə millisi Rusiya-Uels oyunu ilə eyni saatda oynadıqları Slovakiya millilərinə qalib gələ bilməyiblər və qrup liderliyini Uelsə verməli olublar. İngiltərə - Slovakiya oyunu 0-0 bitib.
Bu nəticələrdən sonra Rusiya yığması evinə dönüb. Slovaklar isə turnirin ən yaxşı 3-cü komandalarından biri kimi növbəti mərhələyə vəsiqə şansı yaxalayıb:
N | Komandalar | O | Q | H | M | T-F | X |
1 | Uels | 3 | 2 | 0 | 1 | 6-3 | 6 |
2 | İngiltərə | 3 | 1 | 2 | 0 | 3-2 | 5 |
3 | Slovakiya | 3 | 1 | 1 | 1 | 3-3 | 4 |
4 | Rusiya | 3 | 0 | 1 | 2 | 2-6 | 1 |