Bu gün "Avro-2016"da A qrupunda III turun oyunları baş tutub.
Mia.az xəbər verir ki, qrupun lideri Fransa yığması İsveçrə ilə qarşılaşıb. Oyunda hesab açılmayıb - 0:0.
Qrupun digər qarşılaşması isə "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya millisi ilə Rumıniya arasında keçirilib.
Oyunda çoxları Rumıniyadan qələbə gözləsə də, Albaniya yığması qalib gələrək, ən yaxşı 3-cü komandalardan biri kimi növbəti mərhələyə çıxma şansı yaxalaylb - 0:1
| N | Komandalar | O | Q | H | M | T-F | X |
| 1 | Fransa | 3 | 2 | 1 | 0 | 3-1 | 7 |
| 2 | İsveçrə | 3 | 1 | 2 | 0 | 3-2 | 5 |
| 3 | Albaniya | 3 | 1 | 1 | 1 | 1-3 | 3 |
| 4 | Rumıniya | 3 | 0 | 1 | 2 | 2-4 | 1 |