Bu gün "Avro-2016" - A qrupunda Rumıniya milliləri ilə İsveçrə yığması da qarşılaşıb.

Mia.az xəbər verir ki, bu dəqiqələrdə başa çatan oyunda hesabı Rumıniya açıb. Hazırda da Türkiyə superliqasında forma geyinən "Qalatasaray"ın sabiq hücumçusu "Stanku 18-ci dəqiqədə penaltidən qola imza atıb. Ancaq İsveçrə 57-ci dəqiqədə Mehmedi ilə hesaba tarazlıq gətirib. Bununla da oyun belə nəticəylə bitib - 1:1. 

Qeyd edək ki, bu bərabərlik ən pis halda İsveçrəni ən yaxşı 3-cü pillənin komandası kimi növbəti tura çıxaracaq.

NKomandalarOQHMT-FX
1İsveçrə21103-24
2Fransa11002-13
3Rumıniya20112-31
4Albaniya10010-10