Bu gün "Avro-2016”nın F qrupunda Avstriya və Macarıstan millilərindən sonra (bu oyun 0-2 macarların xeyrinə bitib) Portuqaliya ilə İslandiya yığmaları üz-üzə gəliblər.
Mia.az xəbər verir ki, oyunda hesabı Portuqaliya millisi açıb. 31-ci dəqiqədə "Fənərbaxça"lı Luiş Nani dəqiq oynayıb - 1-0.
Çoxları bu oyunda portuqulların qələbəsini gözləsə də, islandlar əzməkar oyunu ilə hesaba tarazlıq gətirib. Belə ki, ikinci hissənin başlanmasından 5 dəqiqə sonra Byarnason bərabərliyi təmin edib - 1:1.
Oyun bu hesabla başa çatıb.