Bu gün "Avro-2016”nın qrup mərhələsində F qrupunda Avstriya və Macarıstan milliləri də qarşılaşıblar.

Mia.az xəbər verir ki, oyunda qalib tərəf macarlar olub.  Oyunun 63-cü dəqiqəsində Szalay hesabı açıb.

Bu qoldan 3 dəqiqə sonra Avsriyalı Draqoviş ikinci sarı alıb. Bununla da qırmızı kart alaraq meydandan qovulub. Rəqibin meydanda azlığından daha da rahatlaşan Macarıstan milliləri 87-ci dəqiqədə hesabı artırıblar - 0:2. 

Oyun bu hesabla başa çatıb.