Bu gün Türkiyə millilərinin yer aldığı "Avro-2016”nın D qrupunda daha bir oyun keçirilib.
Mia.az xəbər verir ki, İspaniya millisi Çexiya ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada ispanlardan Pike oyunun 87-ci dəqiqəsində hesabı açıblar. Bu qol oyunda yeganə qol olub.
Xatırladaq ki, qrupun digər oyununda Xorvatiya Türkiyəyə qalib gəlib - 1:0.
| N | Komandalar | O | Q | H | M | T-F | X |
| 1 | Xorvatiya | 1 | 1 | 0 | 0 | 1-0 | 3 |
| 2 | İspaniya | 1 | 1 | 0 | 0 | 1-0 | 3 |
| 3 | Türkiyə | 1 | 0 | 0 | 1 | 0-1 | 0 |
| 4 | Çexiya | 1 | 0 | 0 | 1 | 0-1 | 0 |