"Avro-2016"da daha iki oyun keçirilib.

C qrupunun ilk oyununda Polşa və Şimali İrlandiya qarşılaşıb.

Rumıniyalı hakimlər briqadasının idarə etdiyi oyunda polşalılar qələbə qazanıb - 1:0.

Qrupun digər görüşündə isə Almaniya Ukrayna ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma gözlənildiyi kimi almanların qələbəsi ilə başa çatıb - 2:0.

C qrupu

23:00. Almaniya - Ukrayna - 2:0 
Qol: Şkodran Mustafi, 19 (1:0), Şvaynştayger, 90+2 (2:0)
Baş hakim: Martin Atkinson
Yan xətt hakimləri: Maykl Mallarki və Stiven Çayld
Əlavə köməkçi-hakimlər: Maykl Oliver və Kreyq Pouson (hamısı İngiltərə) Lill. "Pyerre Mauroy" stadionu.

20:00. Polşa - Şimali İrlandiya - 1:0 

Qol: Arkadiuş Milik, 51
Baş hakim: Ovidiu Hatseqan
Yan xətt hakimləri: Oktavian Şovre və Sebastyan George
Əlavə köməkçi-hakimlər: Aleksandru Tudor və Sebastyan Kolçesku (hamısı Rumıniya)
Nitsa. Nitsa şəhər stadionu.

Qol.az