Türkiyə millisinin baş məşqçisi Fatih Terim "Avro-2016”da Xorvatiyaya 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib.

O, keçirdiyi mətbuat konfransında oyuna istədikləri kimi başlaya bilmədiklərindən təəssüfləndiyini deyib:

"Birinci hissədə yaxşı oynadıq, çox şansımız oldu. Fasilədən, xüsusən 60-cı dəqiqədən sonra sürəti aşağı saldıq. Xorvatiya ikinci hissədə daha yaxşı oynadı. Rəqibimiz çox güclüdür. Onlar "Avro-2016”da çox uzağa gedə bilərlər. Bizim qrupda İspaniya və Çexiya ilə matçlarımız var. İstədiyimiz nəticəni qazanmaq bütün gücümüzü ortaya qoyacağıq".