Avropa çempionatında D qrupunda Xorvatiya ilə üz-üzə gələn Türkiyə millisi meydandan məğlub ayrılıb.

Mia.az xəbər verir ki, oyunda xorvatlar bir neçə real qol epizodlarından yararlana bilməsə də, meydandan 1-0-lıq üstünlüklə ayrılıblar. Oyunda yeganə qolu Luka Modriç vurub. 

Qeyd edək ki, qrupun digər oyunu İspaniya - Çexiya matçı sabah keçiriləcək.

Xatırladaq ki, Türkiyə və Xorvatiya yığmaları 2008-ci ildə keçirilən Avropa çempionatının 1/4 finalında üz-üzə gəlib. Həmin matçın 119-cu dəqiqəsində xorvatlar hesabı açsa da, bir dəqiqə sonra Türkiyə millisi Semih Şəntürklə bərabərlik qolunu vurub. Penaltilərdə daha dəqiq oynayan Fatih Terimin komandası yarımfinala yüksəlib.

 Bugünkü oyunla xorvatlar 8 il əvvəlki oyunun qısasını almış olublar: