Bu gün "Avro-2016”da daha bir oyun baş tutub.

Mia.az xəbər verir ki, B qrupunda Uels və Slovakiya milliləri üz-üzə gəlib və oyun uelslərin qalibiyyəti ilə başa çatılb.

Belə ki, oyunda hesabı 10-cu dəqiqədə Qaret Beyl açıb. Duda 61-ci dəqiqədə hesaba tarazlıq gətirsə də, Robsan Kano 81-ci dəqiqədə yenidən Uelsi önə çıxarıb - 2:1.

Onu da qeyd edək ki, B qrupunun digər oyunu İngiltərə və Rusiya milliləri arasında bu gecə Bakı vaxtı ilə saat 23.00-da keçiriləcək.