Futbol üzrə Avropa çempionatının təşkil olunduğu Fransada ingilis və rusiyalı azarkeşlər arasında küçə davası düşüb.
Mia.az xarici mediaya istinadən xəbər verir ki, dalaşan tərəfləri sakitləşdirmək üçün Fransa polisi gözyaşardıcı qazdan və dəyənəkdən istifadə etməyə məcbur qalıb. Təxminən 700-1000 nəfərlik azarkeşin davası zamanı ətrafdakı ictimai iaşə obyektlərinə ciddi zərər dəyib, polisə butulkalar atılıb. Dava nəticəsində ağır xəsarət alanların, hətta xəstəxanalara düşənlərin də olduğu bildirilir. Bir ingilis azarkeşin isə ölüm ayağında olduğu haqda xəbər var.
Xatırladaq ki, bu iki ölkənin yığmaları arasında oyun bu axşam keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.