Fransada futbol üzrə Avropa çempionatında final mərhələsinin oyunlarına start verilib.

Turnirin açılış oyununda meydan sahibi Fransa millisi Rumıniya ilə üz-üzə gəlir.

Mia.az xəbər verir ki, oyunda hesabı ev sahibləri açıblar. 57-ci dəqiqədə ilk qolu Olivye Jiru vurub. 65-ci dəqiqədə isə Türkiyənin "Gənclərbirliyi" komandasında forma geyinən Stanku penalidən hesabı bərabərləşdirib.

89-cu iləd Payet Fransa millisinin qələbə qoluna imza atıb - 2:1.  Beləliklə, açılış oyununda ev saibləri ilk qələbələrini qazanıblar.