"Sloveniya ilə oyun "Avro-2016” öncəsi bizim üçün ciddi yoxlama matçı olacaq. Bu qarşılaşmadan ciddi nəticələr çıxara bilərik”.

Qol.az-ın məlumatın görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Fatih Terim Sloveniya ilə bu gün keçirəcəkləri oyun öncəsi jurnalistlərə açıqlamasında bildirib:

"Biz hər zaman güclü komandalarla yoxlama oyunu keçirmək istəyirik. Ciddi turnirlər öncəsi komandada əskikliklər ola bilər. Ancaq bunları aradan qaldırmaq üçün yaxşı heyətimiz var”.

F.Terim "Avro-2016”da çətin qrupa düşdüklərini də xatırladıb: "Ancaq hamımız bilirik ki, qrupdan çıxsaq, daha irəli gedə bilərik. Yaxşı mübarizə aparan komanda mənim üçün ən yaxşı komandadır”.

Xatırladaq ki, Türkiyə "Avro-2016”da İspaniya, Xorvatiya və Çexiya ilə D qrupunda yarışacaq.