?Bakı? klubunun makedoniyalı sabiq baş məşqçisi Coko Haciyevski yenidən Azərbaycan futbolunda çalışacaq. Bu haqda Qol.Az-a Haciyevskinin özü məlumat verib. Zaqatalanın ?Simurq? klubunun icraçı direktoru təyin edilən Haciyevski komandanın düşdüyü çətin durumdan çıxarmağa çalışacaq. Qeyd edək ki, ?Simurq? mükafatçılar sırasına düşməyə əsas namizədlərdən olsa da, vacib xallar itirərək ilk ?altılıq?da mübarizə aparmaq hüququ itirib.