UEFA "Fənərbaxça"nın baş məşqçisi Vitor Pereyra və futbolçular Alper Potuk və Volkan Şeni cəzalandırıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, buna sözügedən şəxslərin Avropa Liqasının 1/8 finalının finalında "Braqa"ya qarşı cavab matçında etdiyi hərəkətlər səbəb olub.

Rəqibə qarşı kobud oynadığı üçün qırmızı vərəqə alan A.Potuk 3 oyunluq cəzalanıb.

Tribunaya göndərilən V.Pereyraya 1 matçlıq cəza tətbiq olunub.

Ən ağır cəza V.Şenə verilib. Qırmızı vərəqə aldıqdan sonra meydanı tərk edən zaman qarşılaşmanın hakimi İvan Bebeki itələyən V.Şen  2016-cı il dekabrın 31-dək UEFA-nın təşkil etdiyi bütün turnirlərdən uzaqlaşdırılıb.

Bundan başqa, "Fənərbaxça" 15 min avro məbləğində cərimələnib.