AFFA İntizam Komitəsi Unibank Premyer Liqasının XXVI turunda ?Neftçi? və ?Qəbələ? komandaları arasında keçirilmiş matçda baş verən qalmaqalla bağlı cəza tədbirləri görüb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu oyunda yaşanan xoşagəlməz olaylar hər iki kluba ümumilikdə 7 min manat cərimə tətbiq edilib. Qarşılaşmada 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün ?Qəbələ? 1000 manat cərimə olunub. 63-cü dəqiqədə meydançaya kənar əşya atıldığı üçün ?Neftçi? 2000 manat ziyana düşüb. Oyun bitdikdən sonra bir-birini vurduğuna görə ?flaqman?ın kapitanı Rail Məlikovla ?Qəbələ?nin oyunçusu Revaz Getsadze 2 oyunluq cəzalandırılıb. Klublar isə daha 2000 manat cərimələnib. Futbolçulara verilmiş cəzanın yarısı şərti tətbiq ediləcək. Yəni cəzalı oyunçu 6 ay müddətində qayda pozuntusuna yol verərlərsə, sanksiyanın dayandırılmış hissəsi avtomatik bərpa olunacaq və yeni sanksiya əvvəlki sanksiyaya tam əlavə ediləcək.