İspaniya La Liqanın bu gün baş tutan sonuncu turunda "Qranada"ya 3:0 hesabı ilə qalib gələn "Barselona" 91 xalla İspaniya çempionu olub.

Onu da qeyd edək ki, "Real Madrid" də bu gün qələbə qazansa da, 90 xalla ikinci pillədə qərarlaşıb. "Atletiko Madrid" isə 3-cü pillədə mövsümə son qoyub.

Xatırladaq ki, La Liqada 2015/2016 mövsümünün bombardiri müəyyənləşib.

"Barselona"nın futbolçusu Luis Suares bu mövsümün ən çox qol vuran oyunçusu olub. Uruqvaylı hücumçu cari mövsüm ölkə çempionatında 40 dəfə fərqlənib.

"Real"ın futbolçusu Kriştiano Ronaldo isə 35 qolla 2-ci, "Barselona"nın hücumçusu Lionel Messi 26 qolla 3-cü olub.

Mia.az