Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə start verilib. 

A və B qrupunun komandaları I turun oyununa çıxıblar.

A qrupunda yer alan Azərbaycan yığması Bakı Olimpiya Stadionunda Portuqaliya ilə qarşılaşıb. Oyun 0:5 hesabı ilə Portuqaliya yığmasının qələbəsi ilə nəticələnib.

U-17-lər arasında AÇ-2016-nın final mərhələsi

Qrup mərhələsi, I tur

A qrupu

Azərbaycan – Portuqaliya – 0:5

Qollar: Joze Qomes, 4, 16, Elçin Əsədov, 24 (öz qapısına), Migel, 44, Fernandes, 76.

APA