?Avro -2012?nin seçmə mərhələsində Türkiyənin bütün oyunları ağır olacaq. Amma bu qarşılaşmalara yaxşı hazırlaşsaq, problemlə üzləşməyəcəyik?. Qol.Az-ın məlumatına görə, bu sözləri ?NTV Spor? telekanalına müsahibəsində Türkiyə milli komandasının və ?Qalatasaray?ın ulduzu Arda Turan söyləyib. ?Əslində Azərbaycan və Qazaxıstanla oyunlar da çox çətin olacaq. Çünki indi artıq hər komanda yaxşı müdafiə olunmağı bacarır? - deyə o vurğulayıb.