Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

Mia.az ANS-ə istinadən xəbər verir ki, günün ilk oyunu "İnter” və "Qarabağ” komandaları arasında baş tutub. Çempionatın son oyununda məhz bu rəqibinə qalib gələn Ağdam klubu bugünkü görüşdən də qalib ayrılıb. Rəqibinə 4 cavabsız qolla qalib gələn Qurban Qurbanovun komandası cavab görüşü öncəsi böyük üstünlük əldə edib - 0:4.