Ötən gecə Türkiyə Superliqasının 30-cu turu çərçivəsində keçirilən "Trabzonspor" - "Fənərbaxça" oyunu dava-dalaş səbəbindən yarımçıq dayandırılıb.

Mia.az xəbər verir ki, İstanbul komandasının 0:04 hesabı ilə irəlidə olduğu oyunun 85-ci dəqiqəsində trabzonlu azarkeşlər meydana daxil olublar. meydan sahiblərinin azarkeşlərindən biri isə meydana daxil olaraq hakimi yumruq-təpiyə "qonaq" edib. Durumun kritik xarakter aldığını görən baş hakim matçı dayandırıb, oyunçular və hakimlər polisin müşahidəsi ilə geyinmə otağına göndəriliblər.