Bu gün Futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib. 

Mia.az xəbər verir ki, yarımfinalda  İngiltərənin "Manşester Siti" komandası İspaniya "Real Madrid"inə, "Atletiko" isə Almaniya "Bavariya"sına rəqib olub.

Qeyd edək ki, yarınmfinal mərhələsində ilk oyunlar 26-27 apreldə, cavab görüşləri 3-4 mayda təşkil olunacaq. Final matçı isə mayın 28-də İtaliyanın Milan şəhərindəki "San Siro" stadionunda baş tutacaq.