Azərbaycan Dünya çempionatında 3 medal qazandı
Türkiyənin Antalya şəhərində Cüdo üzrə Paralimpiyaçıların Dünya Çempionatı keçirilir. Azərbaycan idmançıları bu yarışda 3 medal qazanıblar. Medallardan 1-i qızıl, 2-si isə bürüncdür.
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlunata görə, idmançılarımızdan Afaq Sultanova 57 kiloqram çəki dərəcəsində qızıl, Natiq Novruzzadə 73, Rövşən Səfərov isə 81 kiloqram çəki dərəcələrində bürünc medallara sahib olublar.
Bu gün idmançılarımızdan Çinarə Rzazadə, Xəyal Qəniyev, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev çıxış edəcəklər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11