Ağasəlim Mircavadov: ?Qurban Qurbanov Foqtsla ünsiyyətdə olmalıdır?
Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov hesab edir ki, ?Qarabağ? klubunun baş məşqçisi Qurban Qurbanov bu komandanın millidə çıxış edən futbolçuları ilə əlaqədar almaniyalı mütəxəssis Berti Foqtsla daimi ünsiyyət yaratmalıdır.
Qol.Az-ın müxbiri ilə söhbətində A.Mircavadov bildirib ki, futbolçuların millidəki və klubundakı fəaliyyətində ardıcıllıq olmalıdır. ?Mən Kamran Ağayev və Rahid Əmirquliyevə görə Foqtsla söhbət etdim. Bu futbolçular millinin düşərgəsindən qayıtdıqdan sonra mən də öz işimi fiziki cəhətdən yüklənməmələri üçün o ardıcıllıqla qururam. Və ya onlar millinin düşərgəsinə gedəndə futbolçulara elə tapşırıq verilməlidir ki, dediyim ardıcıllıq pozulmasın. Qurban Qurbanov da futbolçularının fiziki durumuna görə Foqtsla ünsiyyətdə olmalıdır?.
Xatırladaq ki, ?Qarabağ?ın son uğursuzluqları daha çox bu komandanın futbolçularının millinin təlim-məşq toplanışlarından klublarının düşərgələrinə yorğun gəlmələri ilə də əlaqələndirilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11