Türkiyə futboluna ağır itki üz verib. ?Qalatasaray? klubunun sabiq prezidenti Özhan Canaydın uzun sürən xəstəlikdən sonra vəfat edib. 1943-cü ildə doğulan Canaydın 2002-2008-ci illərdə ?Qalatasaray?ın prezidenti olub. Məlumat üçün bildirək ki, Ö.Canaydın xərçəng xəstəliyindən əziyyət çəkirdi.