Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Unibank Premyer Liqasının XXIII turunun bəzi oyunları ilə bağlı qərarlar çıxarılıb. ?Olimpik-Şüvəlan? - ?Standard? matçında ?Standard? klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimə olunub. Oyundan sonra ?Olimpik-Şüvəlan? klubunun futbolçuları Tərlan Xəlilov, Cahangir Həsənzadə, Vüsal Qarayev və ?Standard? klubunun futbolçuları David Çiçveişvili, Sergi Orbeladze, George Seturidze və ?Standard? klubunun inzibatçısı Erkin Məmmədov bir-birlərinə zərbə endirdikləri üçün futbolçuların hər biri 2 oyunluq, inzibatçı isə 4 oyunluq cəzalanıb. Bu hadisə ilə əlaqədar olaraq ?Olimpik-Şüvəlan? klubu altı min manat (yuxarıda göstərilən hər bir futbolçuya görə iki min manat), ?Standard? klubu on min manat (yuxarıda göstərilən hər bir futbolçuya görə iki min manat, inzibatçıya görə dörd min manat) cərimə olunub. İntizam Komitəsinin iclasında aşkar olunub ki, ?Olimpik-Şüvəlan? klubunun məşqçisi Səmədağa Şıxlarov oyunun baş hakiminə heç bir fiziki təsir göstərməyib, sadəcə oyun epizodlarının biri ilə əlaqədar öz etirazını bildirib.