Türkiyə superliqasının 23-cü turunda evdə "Beşiktaş"la qarşılaşan "Fənərbaxça" rəqibinə 2:0 hesabı ilə qalib gəlib. 

Mia.az xəbər verir ki, bu qələbə sayəsində "Fənərbaxça" liderliyə yüksəlib.

Qeyd edək ki, 2-ci pillədə qərarlaşan "Beşiktaş"  liderdən bir oyun az keçirib. "Qara qartal"ın qar yağışı səbəbindən "Trabzonspor"la oyunu bir neçə həftə əvvəl təxirə salınıb.