Türkiyə superliqasının 23-cü həftəsində "Qaziantepspor"a qonaq olan "Qalatasaray" səfərdən məğlub ayrılıb.
Mia.az xəbər verir ki, cəzalı Podolski ilə Sneyderin olmadığı komanda ilə meydana çıxan "Qalatasaray" oyunun 5-ci dəqiqəsində qapısında qol görüb. Hesabı Əmrə Nefis açıb - 1:0.
İkinci hissədə də ev sahibi üstün oynayıb. Belə ki, 54-cü dəqiqədə Larsson komandasının hesabını artıran qolu vurub - 2:0.
Bu məğlubiyyətdən sonra Mustafa Dənizlinin baş məşqçisi olduğu "Qalatasaray" turnir cədvəlində 37 xalla 5-ci sırada qərarlaşıb. "Qaziantepspor" isə 30 xalla 9-cu sıraya yüksəlib.
Onu da qeyd edək ki, sabah lider "Beşiktaş"la "Fənərbaxça" arasında derbi oyunu olacaq.
Mia.az