AFFA-nın Hakimlər Komitəsi tərəfindən bağışlanan keçmiş FİFA referisi Anar Niyazov təxminən bir illik fasilədən sonra yenidən yaşıl meydanlara qayıdıb. Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, A.Niyazov bu gün saat 15-də ?Şəfa? stadionunda baş tutan birinci divizionun MOİK - "Neftçi İSM" görüşünü idarə edib. Təcrübəli referi zamanında verdiyi qərarlarla azarkeşlərin rəğbətini qazanıb. MOİK-in 1:0 hesablı qələbəsi ilə başa çatan matçı AFFA Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov da izləyib.