Romada keçiriləcək "Latsio" (İtaliya) - "Qalatasaray" (Türkiyə) oyununa UEFA-dan gözlənilməz hakim təyin olunub.

 Avropa Liqasının 1/16 final mərhələsinin cavab görüşünə rusiyalı hakimlər briqadası təyinat alıb. Halbuki Türkiyə ilə Rusiya arasında siyasi gərginliyin olduğu UEFA-ya da bəllidir.

Fevralın 25-də Bakı vaxtı ilə saat 22:00-da "Stadio Olimpiko" arenasında başlayacaq görüşdə Vladislav Bezborodov baş hakim olacaq. Onun köməkçiləri Nikolay Qolubyev və Maksim Qavrilin, əlavə hakimlər isə Aleksey Yeskov, İqor Fedotov olacaqlar. Dördüncü hakim funksiyasını Valeri Dançenko icra edəcək.

Qeyd edək ki, İstanbulda baş tutan ilk matçda 1:1 hesabı qeydə alınıb.