Unibank Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatında XXIII turun oyunlarına start verilib. "Qarabağ" "Qəbələ"yə 1:0 (qol, Natiq Kərimi, 60), "Xəzər Lənkəran" "Standard"a 1:0 (Nahid Əliyev, 8), "Olimpik-Şüvəlan" isə "Simurq"a 2:0 (Orxan Səfiyaroğlu, 15; Elmin Çobanov, 53) hesabı ilə qalib gəlib. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, "Turan" - "Karvan" oyunu isə hesab 2:0 meydan sahiblərinin xeyrinə olarkən yarımçıq dayandırılıb. Matçın 82-ci dəqiqəsində "Karvan" komandası meydanı tərk etməli olub. Yevlax klubunun bu addımı hansı səbəbdən atması barədə açıqlama verilməyib.