UEFA Avropa Liqasında pley-off mərhələsinə qalan 32 komanda arasında "Qalatasaray” da var.
1/16 final mərhələsində "Latsio” ilə qarşılaşacaq "Aslanlar” UEFA-ya yeni iştirak ərizəsini göndərib. Siyahıya yeni transferlər Ryan Donk və gənc qapıçı İsmail Çipe da daxil edilib.
"Qalatasaray”ın UEFA-ya göndərdiyi yeni iştirak ərizəsi belədir:
Fernando Muslera, İsmail Çipe, Eray İşcan, Cenk Gönen, Aurelien Şedju, Hakan Balta, Lionel Karole, Semih Kaya, Koray Günter, Tarık Çamdal, Sabri Sarıoğlu, Hamit Altıntop, Bilal Kısa, Yasin Öztekin, Selçuk İnan, Uesli Sneyder, Xose Rodriges, Ryan Donk, Olcan Adın, Emre Çolak, Umut Bulut, Lukas Podolski, Burak Yılmaz, Sinan Gümüş.