Azərbaycan taekvondoçusu Səbuhi İsmayılzadə Sinqapurda keçiriləcək yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Təmsilçimiz bu vəsiqəni Meksikanın Tixuan şəhərində start götürən yeniyetmələr arasında olimpiya təsnifat turnirində əldə edib. Ümumdünya Taekvando Federasiyasının rəsmi saytında təmsilçimizin adı Olimpiya oyunlarına lisenziya qazanan idmançıların siyahısına daxil edilib.