Bu gün Elmar Hüseynovun qətlinin bezinci ildönümüdür
Bu gün ?Monitor? jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun vəfatından 5 il ötür. Elmar Hüseynov 2 mart 2005-ci ildə yaşadığı evin yaxınlığında muzdlu qatil tərəfindən qətlə yetirilib.
Elmar Hüseynov 17 iyul 1967-ci ildə anadan olub. 1992-ci ildə Azərbaycan Mühəndis-inşaatçılar İnstitutunu mühəndis-hidrotexnik ixtisası üzrə bitirib. Bir neçə müddət Xudafərin GES-də və Rusiyada Boquçan GES-də ixtisası üzrə çalışıb. Elmar Hüseynov 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb. Həmin ildə də ?Trend? analitik-informasiya agentliyini, 1996-cı ildə isə ?Monitor? jurnalını təsis edir. O həmçinin ?Bakinskiy bulvar? və ?Bakinskie vedomosti? qəzetlərinin təsisçisi idi. Ailəli idi və bir övladı var.
DİGƏR XƏBƏRLƏR
2026-04-06 18:04
2026-04-03 12:28
2026-04-02 10:00
2026-04-01 10:12
2026-03-31 17:28
2026-03-31 15:04